Bu Şəhərdə

Tarixi ədaləti bərpa edən tarixi Zəfər yolu

Tarix:1-11-2024, 17:57
Baxış Sayı:635

 

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir, özü də analoqu olmayan qəhrəmanlıq səhifəsi. Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi.
Kim və hansı dünyəvi dövlət, təşkilat bilərdi ki, 44 gündə belə bir Qələbəyə nail olmaq olar? Heç kim, heç bir dünyəvi dövlət və təşkilat! Onda sual olunur: bəs bu, necə oldu?

Bu, bir həqiqətdir ki, 44 günlük Zəfər son 50 ildə (1969-2020-cü illər) görülmüş işlərin yekun nəticəsi idi. Ulu Öndər Heydər Əliyev 1969-2003-cü illərdə, yəni 34 ildə bu Qələbə üçün kifayət qədər baza yaratmışdı. Ancaq bir oğul, bir Ali Baş Komandan lazım idi ki, bu yaradılmış imkanlardan məharətlə istifadə etsin. Bu imkanlardan heç kəs istifadə edə bilməzdi, çünki onun üçün müasir dünyanın siyasətindən xəbərdar olmaq, xüsusi bacarığa malik olmaq, hər atılacaq addımı ölçüb-biçmək, tam əminliklə risk etmək lazım idi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bunu edə bildi. 

Ali Baş Komandan hər dəfə çıxışlarında düşmənə, onun havadarlarına, həmçinin beynəlxalq təşkilatlara açıq-aşkar xəbərdarlıq edirdi. Savadsız, bacarıqsız, ümumiyyətlə, siyasətdən, dövlət idarəçiliyindən bixəbər olan, küçədən hakimiyyətə gətirilmiş Ermənistan rəhbəri N.Paşinyan bu xəbərdarlıqlara məhəl qoymadan və ya heç başa düşmədən 27 sentyabr 2020-ci ildə dövlət sərhəddində növbəti təxribat törətdi. Dünya siyasətindən bixəbər N.Paşinyan arxayın idi ki, MDB Təhlükəsizlik Komitəsi və Ermənistanın xaç ataları ona yardımçı olacaqlar.

Dünya siyasətindən yaxşı xəbərdar olan, beynəlxalq qanunvericiliyi dürüst bilən, 17 illik hazırlığa arxayın və əmin olan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev isə bu fürsəti buraxmayaraq əks-hücum əməliyyatına göstəriş verdi, 44 günlük İkinici Qarabağ Böyük Vətən müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi işləri gördü və ölkəmizin yeni müasir tarixini yazdı.

Yaxşı yadımdadır, 44 günlük müharibənin 11-ci günündə, 7 oktyabr 2020-ci il tarixində Müdafiə Nazirliyində zabit heyəti ilə geniş müşavirə keçirdi. Düzdür, müşavirə barədə geniş məlumat verilmədi, ancaq sonra məlum oldu ki, “dəmir yumruğun” dadını öz zabitlərimiz və generallarımız da dadıb. Əgər “dəmir yumruq” düşməni sarsıtdısa, öz hərbçilərimizi oyatdı və onları daha cəsarətli, verilmiş tapşırıqların icrasında nizam-intizamlı etdi.

“Dəmir yumruq” bütün dünya ermənilərini türk dünyasına qarşı qoyan, türklərə, azərilərə qarşı nifrət siyasəti yürüdən və bütün dünya ermənilərinin əsas kilsəsi olan Eçmiədzin kilsəsinə elə zərbə vurdu ki, həmin kilsə və dünya erməniləri bundan sonra nəinki özlərinə gəlməyəcəklər, hətta bütün dünyada nifrətlə qarşılanacaqlar.
44 gün ərzində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də beynəlxalq informasiya savaşında mücadilə aparırdı. Bu da Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynadı

Bəli, həmin dövrdə dünyada Azərbaycana qarşı təzyiqlərin artdığının şahidi olduq. Bütün dünya ölkələri bir tərəfdə idi, cənab Prezident təkbaşına meydanın o biri tərəfində. Əlbəttə ki, Türkiyə və Pakistanı çıxmaq şərtilə. O, hər gün bütün gün ərzində təzyiqlərə sinə gərirdi və öz yolundan dönmədi. Bütün hərbi əməliyyatları şəxsən özü idarə etməklə bərabər, ideoloji təbliğatı da yüksək səviyyədə məharətlə təmin etdi.

Hesab edirəm ki, Ermənistanın bugünkü vəziyyətdən yeganə çıxış yolu: sərsəm fikirlər səsləndirməkdən əl çəkmək, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin tam icrasını təmin etmək, xüsusən Zəngəzur dəhlizinin açılması üçün qəti tədbirlər görmək, Azərbaycanla qonşuluq, əməkdaşlıq etmək üçün Böyük Sülh Müqaviləsinin hazırlanmasında iştirak və onun icrasını təmin etmək, o cümlədən qonşu Türkiyə ilə də, regionda söz sahibi olan Türkiyə və Azərbaycanın xalqları ilə qonşuluq, sülh şəraitində yaşamaq və əməkdaşlıq etmək üçün Ermənistanın xalqını bu şərait üçün hazırlamaq.

Ermənistan dövləti, siyasi rəhbərliyi, xalqı istəsə də, istəməsə də bunları etməlidir, çünki Ermənistan adlı respublikanın və erməni xalqının bu regionda mövcudluğunun yeganə çıxış yolu budur. Əks halda, yenidən “dəmir yumruq” işə düşəcək.


Orxan Mahmudov

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri

COVID-19 ağciyə elə zərbə vurur ki... - ŞOK ARAŞDIRMA
COVID-19 ağciyə elə zərbə vurur ki... - ŞOK ARAŞDIRMA
Qarakənd faciəsindən 33 il ötür
Qarakənd faciəsindən 33 il ötür
BMT-dən Ukrayna münaqişəsi ilə bağlı HƏYƏCANLI AÇIQLAMA
BMT-dən Ukrayna münaqişəsi ilə bağlı HƏYƏCANLI AÇIQLAMA
Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
Azərbaycan hərbçiləri İrəvana getməkdən İMTİNA ETDİLƏR
Azərbaycan hərbçiləri İrəvana getməkdən İMTİNA ETDİLƏR
Tramp sülhə nail olsa, bu ölkələr Ukraynaya qoşun göndərəcəklər - DETALLAR
Tramp sülhə nail olsa, bu ölkələr Ukraynaya qoşun göndərəcəklər - DETALLAR
Tbilisidə xaos: Həbs olunanlar var – Müxalifət “səyyar aksiya” elan etdi
Tbilisidə xaos: Həbs olunanlar var – Müxalifət “səyyar aksiya” elan etdi