Bu Şəhərdə

SARAY MODUL TİPLİ VƏRƏM ƏLEYHİNƏ XƏSTƏXANANIN BAŞ HƏKİMİ FİZULİ CƏFƏROV Səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib

Tarix:17-10-2024, 10:46
Baxış Sayı:161

 

O, bu gün respublikamızın Səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. Söhbət SARAY MODUL TİPLİ VƏRƏM ƏLEYHİNƏ XƏSTƏXANANIN BAŞ HƏKİMİ FİZULİ CƏFƏROVDAN gedir. 

Fizuli həkim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi şəxslər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Fizuli həkim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın səhiyyə sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. Onu da qeyd etmək istəyirik ki, FİZULİ CƏFƏROV hər zaman şəhid və qazi ailələrinin yanındadır, əlindən gəldiyi qədər maddi və mənəvi onlara dəstək olur. 

Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, SARAY MODUL TİPLİ VƏRƏM ƏLEYHİNƏ XƏSTƏXANANIN BAŞ HƏKİMİ FİZULİ CƏFƏROVLA görüş keçirilmişdir. Beynəlmiləlci Əlil Döyüşçülər Fondunun Rəhbəri Sərraf Orucov, BƏDF Vitse Prezidenti Ənvər Qarayev ,Sabuncu rayon şöbəsinin sədr müavini Elşən Ələkbərov, fondun kollektivi baş həkimin gözəl işlərinə görə qərara gəliblər ki, Fizuli həkimi  Fəxri Fərmanla təltif etsinlər. Mətbuat xidmətinin rəhbəri Rübabə Vəliyeva da tədbirdə iştirak etdi.

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Fizuli həkimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  

 




























 

Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?