Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.
Bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) Mətbuat Xidməti açıqlayıb.
Bildirilib ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, dünya çempionatı 13-20 iyun aralığında baş tutacaq.