Bu Şəhərdə

"Google" istifadəçilərinə təcili XƏBƏRDARLIQ - Saniyələr ərzində bütün məlumatlar silinə bilər

Tarix:17-05-2025, 21:30
Baxış Sayı:399

"Google" bütün istifadəçilərinə vacib xəbərdarlıq edib - bəzi qiymətli məlumatlar bir neçə saat ərzində silinə bilər. Xüsusilə "Google Xəritə (Maps)" istifadəçiləri üçün bu dəyişiklik böyük əhəmiyyət daşıyır.

Texnologiya nəhəngi "Google" öz platformasında ciddi dəyişikliklərə başlayır. Şirkətin yaydığı məlumatda bildirilir ki, "Timeline" funksiyası artıq məlumatları buludda deyil, istifadəçilərin cihazında saxlayacaq. Bu isə o deməkdir ki, vaxtında tədbir görülməsə, keçmişə dair yerləşmə tarixçəsi silinə bilər.

Timeline istifadəçilərin keçmişdə getdiyi yerlərin qeydini saxlayır. Bu, illər əvvəl tətildə olduğunuz şəhərləri, partnyorla ilk dəfə görüşdüyünüz məkanı və ya çox bəyəndiyiniz restoranı xatırlamaq üçün faydalıdır.

Google xəbərdarlıq edir ki, bu dəyişikliklərə görə istifadəçilər 18 may, bazar gününə qədər cihazlarında yeni parametrləri aktiv etməlidirlər. Əks halda, Timeline məlumatları avtomatik olaraq silinə bilər.

Google tərəfindən istifadəçilərə göndərilən e-poçt bildirişində deyilir:

"Bu, Timeline-nin dəyişdiyini xatırladır. Bu dəyişikliklərə görə, Timeline məlumatlarını itirməmək üçün yeni parametrlər seçməlisiniz."

İstifadəçilərə tövsiyə olunur ki, Google hesablarına daxil olaraq bu parametrləri dərhal yoxlasın və lazımi dəyişiklikləri etsinlər ki, qiymətli xatirələr itirilməsin.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular