Bu Şəhərdə

Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?

Tarix:Dünən, 10:40
Baxış Sayı:455

Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bəs bu azalmanın səbəbi nədir?

Bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar.

"İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm", - deyə alıcılardan biri bildirib.

Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır.

Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir.

Ətraflı süjetdə:

Güclü leysan yağacaq, dolu düşəcək - PROQNOZ
Güclü leysan yağacaq, dolu düşəcək - PROQNOZ
Həkimdən 10 saatdan çox yatmağın təhlükələri barədə XƏBƏRDARLIQ
Həkimdən 10 saatdan çox yatmağın təhlükələri barədə XƏBƏRDARLIQ
Təmsilçimiz "Avroviziya"nın finalına çıxa bilmədi
Təmsilçimiz "Avroviziya"nın finalına çıxa bilmədi
Ukraynanın bu regionlarında qızğın döyüşlər gedir
Ukraynanın bu regionlarında qızğın döyüşlər gedir
İrandan iki ərəb ölkəsinə ŞOK TƏKLİF - ABŞ-ın “caynağından” qurtulmaq üçün...
İrandan iki ərəb ölkəsinə ŞOK TƏKLİF - ABŞ-ın “caynağından” qurtulmaq üçün...
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?
Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?