Bu Şəhərdə

Miqreni olanlar bu qidaları yeməsin

Tarix:9-05-2025, 22:21
Baxış Sayı:411

Miqren sadəcə adi baş ağrısı ilə kifayətlənməyən, bir çox insana gündəlik həyatında ciddi maneələr yaradan nevroloji pozuntudur. Bu xəstəlik bəzi hallarda iş qabiliyyətini azaldır, yuxu və qidalanma rejimini pozur, həmçinin psixoloji gərginliyə səbəb olur.

Miqrenlə mübarizədə dərmanlarla yanaşı, düzgün həyat tərzi və qidalanma da vacib rol oynayır.    

Miqren təkcə şiddətli baş ağrısı deyil, həm də bir çox insanlar üçün gündəlik həyatı çətinləşdirən ciddi bir sağlamlıq problemidir. Məlum olub ki, gündəlik qəbul edilən qidalar miqren tutmalarının tezliyinə və gücünə nəzərəçarpacaq dərəcədə təsir edə bilər. Bu barədə Rusiyalı nevropatoloq İnna Filatova məlumat verib.
Onun sözlərinə görə, halların təxminən 20-30%-də miqren epizodları bəzi ərzaqların qəbulu ilə birbaşa əlaqəlidir. Bu qidalar arasında pendir, şokolad, sitrus meyvələri, eləcə də ədviyyatlarla zəngin şərq yeməkləri yer alır. Hətta bu qidaların səbəb olduğu baş ağrılarına "Çin restoranı sindromu" adı verilib.
Miqrenin yaranmasına səbəb olan əsas komponentlərdən biri də tez-tez dondurulmuş və konservləşdirilmiş məhsullara əlavə olunan qida əlavəsi - mononatrium qlutamat ola bilər. Bundan başqa, bəzi qazlı şirin içkilərdəki süni şirinləşdirici - aspartam da bu tutmaları tetikleyebilir.
Həkim miqrenlə mübarizə aparan şəxslər üçün gündəlik həyat rejiminin sabit saxlanılmasının və fasiləsiz, balanslı qidalanmanın son dərəcə vacib olduğunu vurğulayıb.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular