Bu Şəhərdə

Böyük dağıntılar olacaq - Rus professorlardan İstanbulla bağlı xəbərdarlıq

Tarix:25-04-2025, 17:26
Baxış Sayı:399

İstanbulda baş verən zəlzələ Rusiya mətbuatında da gündəm olub. Ruslar da İstanbul üçün təhlükənin tam aradan qalxmadığını düşünürlər.

Bu barədə “Türkrus” saytı məlumat yayıb.

Bildirilib ki, İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra rusiyalı zəlzələ mütəxəssisləri Mərmərə dənizində seysmik aktivliyin getdikcə təhlükəli hala gəldiyinə diqqət çəkib. Onlar vurğulayıblar ki, mümkün böyük zəlzələ ssenarisi artıq elmi konsensusa çevrilib.

Moskvada yerləşən Geofizika İnstitutunun professoru Aleksandr Kuzin böyük dağıntılara səbəb olacaq zəlzələnin yaxın olması ilə bağlı xəbərdarlıq edib: "Belə mülayim zəlzələlər İstanbulun altındakı qırılma xətlərinin gərginləşdiyinin göstəricisidir. Böyük dağıntılara səbəb ola biləcək ssenari artıq uzaq bir ehtimal deyil".

Ekspert 1999-cu ildə Gölcük zəlzələsindən sonra bölgədə enerji yığılmasının davam etdiyini və xüsusilə İstanbulun Avropa tərəfinin yüksək risk altında olduğunu vurğulayıb.

"Mərmərə dənizinin altındakı seqmentlər hər il daha aktivləşir. Bu cür zəlzələlər İstanbula yaxınlaşan bir xəbərdarlıqdır. Türkiyədə bina ehtiyatı və urbanizasiya sıxlığını nəzərə alsaq, hazırlıq səviyyəsi yerli əhalinin təhlükəsizliyi üçün kritikdir", - deyə geofizik Andrey Demin xəbərdarlıq edib.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular