Bu Şəhərdə

MÜƏLLİM: ən şərəfli, ən ülvi, ən uca ad

Tarix:5-10-2024, 13:17
Baxış Sayı:37

 

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.

Valideynlə bərabər, bəlkə də, ondan daha çox  uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Xatırladaq ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat  tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Həmin vaxtdan başlayaraq, hər il 5 oktyabr tarixi Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü  bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu bundan sonra da xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəkdir.

“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev hər zaman müəllimlər haqqında da xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, hər zaman onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayırdı, bu müqəddəs peşə sahiblərinin qayğısına qalırdı. Bu gün Ümummilli Lider siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair həmişə xüsusi qayğı ilə yanaşır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimlərin nüfuzu ilbəil artır, güzəranı getdikcə daha da yaxşılaşır. Bu gün təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb. Həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi bu ali məqsəddən xəbər verir.

Hər il Prezident İlham Əliyevin yeni  tikilən, əsaslı təmir olunan təhsil ocaqlarında olması, orta məktəblərin təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisidir. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərindən fərqlənmir, hətta onları üstələyir.  Müasir məktəblər təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər isə yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Məhz bu inkişafın davamı olaraq, heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, Vətənimizə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Hər birimizə yazmağı, öyrənməyi, düşünməyi öyrədən müəllimlər bayramınız mübarək!


NİZAMİ QASIMZADƏ

307 SAYLI TAM ORTA MƏKTƏBİN DİREKTORU

Şirvan Şəhər icra Nümayəndəsi Ceyhun müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Şirvan Şəhər icra Nümayəndəsi Ceyhun müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Sabirabad rayon Mənzil kommunal təsərrüfat birliyinin müdiri Yusif Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Sabirabad rayon Mənzil kommunal təsərrüfat birliyinin müdiri Yusif Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Dünya pravoslavları Milad bayramını qeyd edir
Dünya pravoslavları Milad bayramını qeyd edir
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi məlum oldu
Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi məlum oldu
Antibiotiklər gücünü itirir: Dünya yeni pandemiya ilə qarşı-qarşıya
Antibiotiklər gücünü itirir: Dünya yeni pandemiya ilə qarşı-qarşıya
Bu şəxslərə ev veriləcək
Bu şəxslərə ev veriləcək