Bu Şəhərdə

Radar bəzi nömrələri niyə düz oxumur?

Tarix:1-04-2025, 10:39
Baxış Sayı:488

 

Bir sürücünün törətdiyi inzibati xətanın cəriməsi oxşar dövlət qeydiyyat nişanlı başqa bir sürücüyə gedir. Xüsusən də bu cür hallara son illərdə tez-tez rast gəlinir. Bəs niyə xüsusi texniki vasitələr həmin nömrələri ayırd edə bilmir?

 ''P-ni, B'', ''C-ni O'', ''O-nu Q'' və yaxud da ''3-ü 8'', ''6-nı isə 0'' kimi oxuyub cərimələr yalnış sürücülərə göndərilir.

Hələ üstəlik bəzən cərimənin növündən aslı olaraq bal da yazılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov deyir ki, radar sistemində bəzi hallarda texniki nasazlıq ola bilir. Amma bu da dərhal aradan qaldırılır.

Belə hal aşkar edildikdə vətəndaşlar Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə avtomobilinin dövlət qeydiyyat nişanı və markası ilə bağlı məlumat verməlidirlər. Həmin fakt araşdırılır və məlum olur ki, qaydanı həmin sürücü pozmayıb, cərimə məbləği və bal inzibati xəta törədən sürücüyə yönəldilir.

Polis bildirir ki, bu cür halların baş verməməsi üçün, sürücülər dövlət qeydiyyat nişanını təmiz saxlamaqla yanaşı, hansısa bir rəqəm və yaxud da hərfdə pozulma faktı aşkar edilən kimi nasazlığı aradan qaldırmalıdırlar.

Azərbaycanda itkin düşən 5 nəfər tapıldı
Azərbaycanda itkin düşən 5 nəfər tapıldı
Xerson ölü zonaya çevrilib: İnsanlar terror qorxusu ilə yaşayır
Xerson ölü zonaya çevrilib: İnsanlar terror qorxusu ilə yaşayır
Ukraynadakı münaqişə necə bitə bilər? - Britaniyadan ABŞ-a mühüm həll yolu
Ukraynadakı münaqişə necə bitə bilər? - Britaniyadan ABŞ-a mühüm həll yolu
Yazda hansı vitaminlər qəbul edilməlidir?
Yazda hansı vitaminlər qəbul edilməlidir?
Yaxın günlərdə Azərbaycanda bu müavinətlər və təqaüdlər artırılacaq - SİYAHI
Yaxın günlərdə Azərbaycanda bu müavinətlər və təqaüdlər artırılacaq - SİYAHI
Sabaha olan hava PROQNOZU
Sabaha olan hava PROQNOZU
Yerli banklar əhalini soyur: Xarici banklara şərait yaradılmalıdır ki...
Yerli banklar əhalini soyur: Xarici banklara şərait yaradılmalıdır ki...
DYP-dən həftə sonu ilə bağlı MÜRACİƏT
DYP-dən həftə sonu ilə bağlı MÜRACİƏT