Bu Şəhərdə

Rusiya Ermənistana ŞƏRT QOYDU - ““Titanik”ə bilet alır, seçim etməlidir ki...””

Tarix:5-03-2025, 17:23
Baxış Sayı:466

 

]"Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Avropa İttifaqına (Aİ) üzv olmaq arasında seçim etməlidir".

Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın "24 News" telekanalına müsahibəsində bildirib.

Səfir vurğulayıb ki, Rusiyanın mövqeyi əvvəlcə belə olub: ya Aİ, ya da Aİİ və hər ikisində olmaq mümkün deyil. Bu, obyektiv reallıq məsələsidir, çünki bir dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz. Diplomat Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Aİ-yə daxil olmasının “Titanik”ə bilet almağa bənzədiyi barədə sözlərini xatırladıb.

Kopırkin qeyd edib ki, İrəvanın Aİİ ilə əməkdaşlığı reallıqdır və statistika göstərir ki, Rusiya Ermənistanın iqtisadi inkişafında əsas amillərdən biridir.

Səfirin sözlərinə görə, Avropa İttifaqında nələrin baş verəcəyi gələcəyin məsələsidir. Hələlik Ermənistan və Aİ arasında ticarət dövriyyəsinin dinamikası mənfi dəyərlə xarakterizə olunur. Diplomat eyni zamanda bu seçimin Ermənistanın suveren hüququ olduğunu vurğulayıb.

Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir
Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir
ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib