Bu Şəhərdə

“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi kibercinayətkar

Tarix:5-03-2025, 17:23
Baxış Sayı:419

 

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücümlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyev hakim qarşısına çıxarılıb.

 Tural Əliyev 2014-2018-ci illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yükləməklə cinayətkar plan həyata keçirməkdə ittiham olunur.

Bu kibertəhlükənin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən alınıb. Turalın yeri müəyyən edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 271.2.1-ci (kompyuter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib.

T.Əliyevin işinə hazırda Yasamal Rayon Məhkəməsində baxılır.

İlk baxış iclasında əvvəlcə ittiham aktı elan edilib.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və komyuter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib.

Prosesin davamında müttəhim qısa ifadə verib. Tural üzərindəki ittihamların bəzilərini qəbul edib, özünü qismən təqsirli bilib.

İfadəsindən görünür ki, Tural əvvəllər informasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələr üzərində işləyib. O, özünün yaratdığı casus proqramlarından bəhs edib:

“Mən peşəkar haker sistemləri qurub, casus proqramlarından istifadə etmişəm. Bununla da ABŞ-yə də aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Amma bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Düzdü müdaxilə qanunsuz olub, amma Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq idi”.

Turalın dediyinə görə, yaratdığı proqramları dövlət orqanlarına vermək istəyirmiş. Amma həmin proqramlar sınaqdan keçirilməlidiyi üçün bu mümkün olmayıb:

“Sınaqdan keçməyən proqramı qəbul etmirlər. Bunun üçün də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam, lakin heç bir əməliyyat həyata keçirməmişəm.

Onu da deyim ki, mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.

Proses martın 18-i davam edəcək.

Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir
Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir
ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib