Bu Şəhərdə

Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR? - RƏSMİ AÇIQLAMA

Tarix:2-10-2024, 09:06
Baxış Sayı:2

Bakıdakı sərnişin sıxlığı, tıxac və s. kimi aktual problemlər bir sıra xoşagəlməz halların yaranmasına səbəb olur. Bunlara marşrutlarda sərnişindaşıma ilə bağlı mövcud problemlər də daxildir .

Məsələn, tez-tez avtobusda yer olmasa belə, yenə də avtobusa minən sərnişinlərin demək olar ki, nəqliyyat vasitəsindən kənarda qalması, avtobusun pilləkənində qapı açıq halda yola davam etməsinə şahid oluruq. Hətta məsələ ilə bağlı sosial şəbəkələrdə vətəndaşların çəkdikləri videolar da paylaşılıb. Təbii ki, belə hallar həm sərnişinlər, həm də yoldakı digər sürücülər üçün təhlükə yaradır.

Bu cür hallara yol verən sürücüləri hansı cəza gözləyir?

 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.media-ya açıqlamasında bu cür qayda pozuntularına yol verən sürücülərə qarşı hansı cəza tədbirlərinin görüləcəyini açıqlayıb:

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qapıları bağlanmamış halda hərəkət etdirməyə və yaxud hərəkət zamanı qapıları açmağa görə 40 manat cərimə nəzərdə tutulub".

Bəs sərnişin nəqliyyat vasitəsindən kənarda dayanırsa, bu hal necə tənzimlənir?

"Sərnişin nəqliyyat vasitəsindən kənardadırsa, bu hal İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənzimlənir. Sürücü 100 manat məbləğində cərimələnir".

Məsələ ilə bağlı sərnişinlərə də cərimə tətbiq olunurmu?

"Burada sərnişindaşıma qaydalarını pozduğuna və ya nəqliyyat vasitəsi hərəkətdə olduğu halda qapılarını açıq vəziyyətdə saxladığına görə sürücü cərimələnir, ancaq vətəndaş cərimələnmir. Çünki məsuliyyəti sürücü daşıyır və belə hallar olduğu təqdirdə həmin sürücü barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçirilir", - deyə Toğrul Nəsirli qeyd edib.

Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?
Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...
Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...
Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
COP29 tədbirinin vaxtı uzadıldı
COP29 tədbirinin vaxtı uzadıldı