Bu Şəhərdə

Dünya prokurorları Bakıda toplaşdılar: Kamran Əliyevdən mühüm açıqlamalar

Tarix:30-09-2024, 08:10
Baxış Sayı:0

"Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub".

Bunu baş prokuror Kamran Əliyev Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyətlidir.

K.Əliyev söyləyib ki, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Həmçinin, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağı qeyd edilib.

Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?
Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...
Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...
Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
COP29 tədbirinin vaxtı uzadıldı
COP29 tədbirinin vaxtı uzadıldı