Bu Şəhərdə

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur

Tarix:19-02-2025, 13:46
Baxış Sayı:411

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə üzrə birinci mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.

İnşa edilən küçələr boyunca yararsız qrunt qazılaraq çıxarılır, əvəzində yararlı material ilə əks-dolğu işləri aparılaraq yeni torpaq yatağı inşa edilir. Ardınca hamarlaşdırıcı qatın, əsasın alt və üst qatının tikintisi yerinə yetirilir. Yol əsası hazır olan ərazilərdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə inşa edilən səkilərin kənarlarına səki daşlarının düzülməsi, səkilərə tamet daşların döşənməsi, işıq dirəklərinin quraşdırılması işləri də yerinə yetirilir. Bundan başqa küçələr boyu yeni yaşıllıqlar salınır, kol və ağaclar əkilir.

Küçələr boyu Füzuli şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"na uyğun aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilir.

Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Füzuli şəhərinin daxili yollarının tikintisi birinci mərhələ üzrə 30%-i yerinə yetirilib.

Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir
Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir
ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib