Bu Şəhərdə

İlham Əliyev sərəncam imzaladı

Tarix:28-09-2024, 15:23
Baxış Sayı:0

Azərbaycan Prezidenti İlham Əliyev Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə sentyabrın 28-də Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Həmçinin Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Bundan başqa Nazirlər Kabineti “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Naftalan” Kurortu haqqında əsasnaməni də iki ay müddətində təsdiqləyib Azərbaycan Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib
Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib
Xanlar Vəliyev təqaüdə göndərildi
Xanlar Vəliyev təqaüdə göndərildi
NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADI
Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADI
"İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq
"İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq
"WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...
"WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...
İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?
ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?