Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib.
Kremldə baş tutan iclasda hərbi-sənaye kompleksinin rəhbərliyi və raket istehsalçıları da iştirak ediblər.
Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib. Ölkə başçısı orta mənzilli ballistik raketin sınaqlarının uğurla keçdiyini, sınaqları davam etdirəcəklərini söyləyib.
O qeyd edib ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək.
Putin bir daha “Oreşnik” raketi ilə mübarizə aparacaq silahın olmadığını vurğulayıb:
"Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı vasitə yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”.