Bu Şəhərdə

Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...

Tarix:21-04-2025, 22:12
Baxış Sayı:399

Papa Fransiskin ölümündən sonra onun yerini kimin tutacağı ilə bağlı məsələ gündəmə gəlib. Bəs yeni Papa seçkiləri necə və nə vaxt keçiriləcək?

Papanın ölümündən sonra ənənəvi “sede vacante” ("boş taxt") dövrü başlayır və bu müddət ərzində Vatikana müvəqqəti olaraq Kardinal-Kamerlenqo rəhbərlik edir.

Bu müddət ərzində Müqəddəs Taxt-tacın fəaliyyəti cari işlərlə məhdudlaşır.

Apostol Konstitusiyasına görə, yeni Papanın seçilməsi üçün pontifik vəfat etdikdən sonra 15-20 gün ərzində konklav, kardinalların iclası çağırılır.

Konklavda yalnız yaşı 80-dən aşağı olan kardinallar iştirak edə bilər. Təxminən 120 kardinal Sikstin kapellasında toplanacaq və burada bir namizəd səslərin ən azı üçdə ikisini alana qədər bağlı qapılar arxasında səsvermə keçiriləcək. Qapılar yalnız yeni pontifik seçildikdən sonra açılacaq.

Hər səsvermənin sonunda bülletenlər xüsusi sobada yandırılır. Sikstin kapellasının üstündəki tüstünün rəngi nəticəni göstərir:

Qara tüstü (fumata nera) - Papa seçilməyib

Ağ tüstü (fumata bianca) - Papa seçildi

Xatırladaq ki, Roma Papası Fransisk uzun sürən xəstəlikdən sonra bu gün 88 yaşında vəfat edib.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular