Bu Şəhərdə

Avropa Rusiyaya möhtacdır: Moskvadan görün nə istəyirlər

Tarix:14-04-2025, 22:37
Baxış Sayı:522

Avropa İttifaqı ölkələrinin istehsalçıları Rusiya qazının tədarükünün bərpasını gözləyirlər. Onlar Ukraynada münaqişənin sona çatacağına və yenidən ucuz enerji resursları əldə etmək imkanlarına ümid edirlər.

Bu barədə "Reuters" yazıb.

Nəşrdə qeyd edildiyi kimi, vəziyyət ABŞ-ın tətbiq etdiyi tariflərdən sonra xüsusilə kəskinləşib. Onlar nümayiş etdirdilər ki, Avropa qaz tədarükünü diversifikasiya etməlidir. Və belə bir şəraitdə Rusiyanın tədarükünün bərpası optimal həll yolu kimi görünür.

"Engie"-nin vitse-prezidenti Didye Ollonun da vurğuladığı kimi, arzu olunarsa, təqribən 60-70 milyard kubmetrin nəqlini müzakirə etmək olar. Lakin ilk növbədə Ukraynada sülhün bərqərar olması lazımdır. "TotalEnergies"-in baş direktoru Patrik Pouyanne əlavə edib ki, bütün şərtlər doğru olarsa, Aİ ABŞ-dan təchizatdan asılılıqdan qurtula biləcək.

Bir çox istehsalçının oxşar nöqteyi-nəzərdən olduğu vurğulanır. O cümlədən "Leuna-Harze"nin idarəedici direktoru Klaus Paur. O qeyd edib ki, Avropanın Rusiya qazına ehtiyacı var. Çünki ucuz enerjidir.

“Bizə “Şimal axını 2” lazımdır, çünki enerji xərclərini nəzarət altında saxlamalıyıq”, - o deyib.

Bundan əvvəl “Qazprom” Avropada qazla bağlı vəziyyətin daha da çətinləşə biləcəyini vurğulamışdı. Aİ çox güman ki, öz anbarlarını doldurmaqda və tam hazırlamaqda çətinlik çəkəcək. Üstəlik, bütün bunlar tədarükün kəskin azalması hesabına baş verəcək.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular