Bu Şəhərdə

Süni intellekt qəfil ürək dayanmasını iki həftə əvvəl proqnozlaşdıracaq

Tarix:31-03-2025, 11:05
Baxış Sayı:432

 

Fransa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması riski barədə erkən xəbərdarlıq edə bilən süni intellekt aləti yaradıb.

Bu barədə araşdırma "The Lancet" elmi jurnalında dərc olunub.

Hazırlanmış sistem elektrokardioqram məlumatlarını təhlil edərək insan beyninin işini simulyasiya edir.

Süni intellekt ürəyin mədəciklərinin elektrik stimullaşdırılması və relaksasiyasının vaxtını təhlil etməyə, ürək əzələsinin fəaliyyətində incə, lakin kritik dəyişiklikləri müəyyən etməyə yönəlib.

"Sistemimiz yüksək dəqiqlik nümayiş etdirir. O növbəti iki həftə ərzində təhlükəli aritmiyanın inkişafı riski altında olan xəstələrin 70%-ni düzgün müəyyən edib və yalnız 0,1% halda yanlış məlumat verib", - Paris Ürək-Damar Tədqiqat Mərkəzinin kardioloqu, tədqiqatın həmmüəllifi Laurent Fiorina bildirib.

Qeyd edək ki, ənənəvi diaqnostika üsulları hər il dünyada 5 milyondan çox insanın ölümünə səbəb olan qəfil ürək dayanmasını proqnozlaşdıra bilmir. Belə ki, bu halın qurbanı olmuş şəxslərin çoxunda əvvəllər ürəkdə heç bir problem aşkar edilməmiş insanlar olub.

Texnologiya xəstəxana monitorlarına və gələcəkdə isə hətta ağıllı saatlara və digər portativ cihazlarda istifadə edilə bilər ki, bu da əhalinin qəfil ölüm riskinin olub-olmamasının kütləvi şəkildə yoxlanılmasına imkan verir.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular