Bu Şəhərdə

İraqın daha bir vilayətində türk dili rəsmi oldu

Tarix:28-02-2025, 16:00
Baxış Sayı:466

İraqda Kərkükdən sonra Səlahəddin vilayətində də dövlət qurumlarında aparılan bütün rəsmi yazışmalarda ərəb dili ilə yanaşı, türk dili də istifadə ediləcək.

Səlahəddin Vilayət Şurasının üzvü Atıf ən-Nəccar İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən, türkmənlərin sıx yaşadığı bölgələrdə türk dilinin rəsmi dil statusu daşıdığını və rəsmi yazışmalarda istifadə hüququna malik olduğunu, buna görə də şəhər mərkəzində, rayon və qəsəbələrdə bütün rəsmi sənədlərdə türk dilinin istifadə olunacağını bildirib.

O, qanunda yer almasına baxmayaraq, bu hüququn indiyədək tətbiq olunmadığını qeyd edib. Bununla yanaşı, dövlət qurumlarının lövhələrində də türk dilinə yer veriləcəyini vurğulayıb.

Səlahəddin vilayətində türkmənlərin ərəblərdən sonra ikinci ən böyük etnik qrup olduğunu bildirən Nəccar bu addımın türkmənlərin ölkə üzrə bütün hüquqlarının qorunması məqsədilə atıldığını qeyd edib.

Yerli əhali bu addımı uzun illər gözlədiyini və bunun bir arzunun gerçəkləşməsi olduğunu bildirib.

Əminə Əliyeva növbəti hədəfini açıqladı
Əminə Əliyeva növbəti hədəfini açıqladı
[thumb=left]https://hemlemedia.az/uploads/posts/2025-05/1747713979_tramp-putin-zelenski-uz.webp[/thumb]ABŞ Prezidenti Donald Tramp da Rusiya Prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti barədə açıqlama verib. O, söhbətin çox yaxşı keçdiyini bildi

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
"Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
"Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq